DOKTOR MOM KOLD RAB (xaricə istifadə üçün məlhəm)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər 20 q məlhəmin tərkibində:
Aktiv komponentlər:

  • Kamfora 1,05 q
  • Levomentol 0,61 q
  • Muskat yağı 0,11 ml
  • Terpentin yağı 1,11 ml
  • Timol 0,02 q
  • Evkalipt yağı 0,30 ml

Köməkçi maddə: 20 q-a qədər lazım olan ağ yumşaq parafin.

 

Təsviri:
Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir.

 

Farmakoterapevtik qrupu: Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.

ATC kodu: R05X.


Farmakoloji xassələri:
Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi, həmçinin əzələ, bel, baş ağrıları zamanı.

 

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • Preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması;
  • 2 yaşına qədər uşaqlar.

 

İstifadə qaydası və dozası:
Yalnız xaricə istifadə üçün!
- zökəm və ya burunun tutulması zamanı məlhəm burun qanadlarının dərisi üzərinə çəkilir;
- əzələ, bel ağrıları zamanı məlhəm ağrı nahiyəsinə çəkilir. Daha yaxşı nəticə əldə etmək üçün ağrılı nahiyəni qızdırıcı sarğı ilə bağlamaq lazımdır;
- baş ağrısı zamanı məlhəm gicgah nahiyəsi dərisinə çəkilir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə və süd verən qadınlarda istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu qrupa təyin edilməsi məsləhət görülmür.

 

Əlavə təsirləri: Allergik reaksiyalar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur.

 

Xüsusi göstərişlər:
Məlhəmin gözlərə, burunun selikli qişasına və ağız boşluğuna, həmçinin zədələnmiş dəri nahiyəsinə düşməsinin qarşısını alın.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

 

Buraxılış forması: 20 q məlhəm ağzı polietilenlə laminə olunmuş alüminium folqa ilə qapalı, burulan qapaqlı polipropilen flakonda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +15ºC-dən +25ºC-yə qədər temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.

 

Qeydiyyat şəhadətnaməsinin sahibi: «Conson & Conson» MMC Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat: «Conson & Conson» MMC Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz» («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) Vorli, Mumbay - 400 030, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com