ZASTİFER - ZASTYFER (kapsul)
İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Hər kapsula daxildir: Dəmir 40 mq; dəmir-fumarat 150 mq; L-histidin 3,4 mq; L-lizin 20 mq; Qlisin 10 mq; Fol turşusu 500 mkq; Vitamin C 40 mq; Vitamin В1 4 mq; Vitamin В2 1.5 mq; Vitamin В6 1.2 mq; Vitamin В12 3,5 mkq.

 

Farmakoloji xüsusiyyətləri:
- Zastyferin tərkibində hemoqlobinin tərkibinə daxil olan amin turşular olduğu üçün hemoqlobin sürətlə sintez olunur və qanazlığı daha tez aradan qalxır.
- Zastyferin tərkibində fol turşusu və B qrup vitaminlərinin olması orqanizmin özündə qanyaranmanı aktivləşdirir.
- Dəmirin iki valentli olması preparatın mədə-bağırsaqdan asanlıqla sorulamsını və birbaşa hemoqlobin sintezində iştirak etməsini təmin edir.

 

Göstərişlər:
- Dəmir defisitli anemiyalar
- Fol turşusu və В12 vitamini defisitli anemiyalar
- Dəmirə və qanyaranmada iştirak edən aminturşulara ehtiyac olan hallar: hamiləlik, laktasiya
- Xroniki qanitirmələr: mədə-bağırsaq və ginekoloji
- Orqanizmə qida ilə lazımı miqdarda dəmir daxil olmadıqda
- Xroniki xəstəliklər və cərrahi əməliyyatlardan sonra

 

Əks göstəriş: Həssaslıq.

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 1 kapsuldan gündə 1-2 dəfə yemək zamanı.

 

Buraxılış forması: 60 kapsul.

Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim