PULMOKEYA - PULMOCARE (məhlul 1,5 kkal/ml)
İstifadəsi üzrə təlimat
İstifadəsinə göstərişlər:
Xroniki obstruktiv ağciyər xəstəlikləri zamanı tam qida əvəzi və ya qidaya əlavə kimi istifadə olunur.
Əks göstərişlər:
• 1 yaşa qədər uşaqlar;
• sistem xəstəlikləri;
• hipermetabolizm;
• bağırsaq funksiyasının pozulması halları;
• preparatın komponentlərinə qarşı hiperhəssaslıq;
• qalaktozemiya;
• inək südünün proteinlərinə həssaslıq.
Xüsusi göstəricilər:
- Renal ağırlıq 501 mOsm/l.
- Osmolyarlıq 383 mOsm/l.
- Məhsulun tərkibində qlüten yoxdur.
- Laktozanın miqdarı çox azdır.
İstifadə qaydası və dozası:
İstifadədən əvvəl yaxşı çalxalanmalıdır. İstifadədən bilavasitə öncə açılmalıdır.
Gündəlik norma 250-1250 ml təşkil edir.
4 yaşa qədər uşaqlarda diqqətlə istifadə olunmalıdır.
Xüsusi göstərişlər:
Parenteral istifadə qadağandır!
Böyrək funksiyası pozulmuş xəstələrə ehtiyatla istifadə olunmalıdır.
Su ilə qarışdırılmamalıdır. 24 ərzində istifadə olunmayan qalıq tullanılmalıdır.
Əlavə təsirləri:
Nadir hallarda: diareya, qusma, abdominal pozulmalar.
Buraxılış forması: 250 ml vanil dadlı məhlul metallik qutularda buraxılır.
Saxlanma şəraiti: Açılmamış qutular otaq temperaturunda saxlanmalıdır. Açılmış qablaşdırmanın saxlanılması +4ºC-də 24 saatdır. Qızdırılmamalı və dondurulmamalıdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı: Abbott Laboratories B.V. Zwolle. Hollandiya
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan