LİBRAKSİN (kapsullar) Levofloxacin

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: hər kapsulun tərkibində levofloksasin 250mq, hər 100 ml məhlulun tərkibində levofloksasin 500 mq-dir.

Farmokoloji xüsusiyyətləri: Geniş antibakterial təsir spektrinə malikdir. Bakteriosid təsir göstərir. Libraksinin təsir mexanizmi onun DNT-girazanı və topoizomerazanı - DNT-nin replikasiyası, transkripsiyası və regenerasiyası üçün tələb olunan fermenti tormozlanması ilə bağlıdır. Libraksin əksər mikro orqanizm ştammlarına qarşı aktivdir: Qrammüsbət bakteriyalar- Corynobacterium diphtheriae, Enterococcus faecalis, Listeria monocytogenes, Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Viridans group streptococci, Qrammənfi bakteriyalar - Acinetobacter spp (Acinetobacter baumanii, Acinetobacter calcoaceticus, Acinetobacter anitratus daxil olmaqla), Actinobacilus actinomycetemcomitans, Bordetella pertussis, Citobacter freundii, Citobacter diversus, Eikenella corrodens, Enterobacter cloacae, Enterobacter aerogenes, Enterobacter agglomerans, Enterobacter sakazakii, Escherichia coli, Gardenerella vaginalis, Haemophilus ducrey, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumaniae, Klebsiella oxytoca, Legionella pneumaniae, Moraxella catarrhalis, Morganella morganii, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Pasteurella dagmatis, Pasteurella multocida, Proteus mirabilis, Proteus vulgaris, Providencia stuartii, Providencia retgeri, Pseudomonas aeruginosa, Pseudomonas fluorescens, Salmonella spp., Serratia spp. (Serratia marcescens daxil olmaqla);
Anaerob qrammüsbət bakteriyalar - Clostridium perfringens, Peptostreptococcus, Propionibacterium spp.;
Anaerob qrammənfi bakteriyalar - Bacteroides fragilis, Bortonella spp., Bifidobacterium spp, Fusobacterium spp., Veillonella spp.;

Digər mikroorqanizmlər: Chlamydia pneumoniae, C hlamydia psittaci, Chlamydia trachomatis, Ureaplazma urealiticym, Mycoplasma pneumonia, Mycobacterium tuberculosis.

İstifadəsinə göstərişlər:

  • Streptococcus pneumoniae, Haemophilus influenzae, Moraxella catarrhalis tərəfindən törədilən kəskin sinusit, orta otit;
  • Bakterial infeksiya ilə (Staphylococcus aureus, Streptococcus pneumoniae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Moraxella catarrhalis) əlaqəli xroniki bronxitin kəskinləşməsi;
  • Xəstəxanaxarici pnevmoniya;
  • Dəri və yumşaq toxumaların fəsadlaşmayan infeksiyaları (orta və yüngül ağırlıq dərəcəli),  Staphylococcus aureusvəya Streptococcus pyogenes törətdiyi absses, fleqmona, furunkul, impetiqo, piodermiya, yara infeksiyası;
  • Sidikçıxarıcı yolların (orta və yüngül ağırlıq dərəcəli), Escherichia coli, Klebsiella pneumoniae, Staphilococcus saprophyticus törətdiyi fəsadlaşmayan infeksiyaları;
  • Enterococcus faecalis, Enterobacter cloacae, Escherichia coli, Klebsiella pneumoniae, Proteus mirabilis, Pseudomonas aeruginosa tərəfindən törədilmiş sidikçıxarıcı yolların və böyrəklərin fəsadlaşmıs infeksiyaları (yüngül və ağır dərəcəli).
  • Chlamidia pneumoniae, Chlamydia psittaci, Chlamydia trachomatis törətdiyi urogenital xlamidioz; 
  • Kiçik çanaq orqanlarının iltihab xəstəliyi;
  • Uretrit, prostatit; Escherichia coli törətdiyi kəskin pielonefrit (yüngül və orta ağır dərəcəli); Vərəm;  Qospitaldaxili infeksiyalar; Abdominal infeksiyalar.

İstifadə qaydası və dozası: Libraksin daxilə təyin edilir, infeksiyanın ağırlığından asılı olaraq doza müəyyən edilir. Kapsullar çeynənilmədən, yeməkdən  əvvəl və ya yeməklər arası istənilən zaman qəbul edilir. Böyüklər və16 yaşında yeniyetmələr və daha böyüklər üçün levofloksasinin dozası 250-500 mq hər 24 saat təşkil edir. Müalicənin müddəti xəstəliyin gedişindən asılıdır və 14 gündən artıq olmamalıdır. Sinusit (burunun əlavə ciblərinin iltihabı) - gündə 2 kapsul, 10-14 gün ərzində. Xroniki bronxitin kəskinləşməsi -1 və ya 2 kapsul gündə 1 dəfə, 7-10 gün ərzində. Xəstəxanaxarici pnevmoniya -2 kapsuldan gündə 1-2 dəfə, 7-14 gün ərzində. Pielonefrit daxil olmaqla sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları -1 kapsuldan gündə1 dəfə, 7-10 gün ərzində. Dəri və yumşaq toxumaların infeksiyaları: 1 və ya 2 kapsuldan gündə 1-2 dəfə, 7-14 gün ərzində.

LİBRAKSİN İV gündə 1 dəfə venadaxili asta sürətlə yeridilir.

Əks göstərişlər: Libraksin və ya digər xinolonlara qarşı hiperhəssaslıq; epilepsiya; anamnezində xinolonların qəbulu ilə əlaqəli və tərlərin zədələnməsi; böyrək çatışmazlığı (kreatinin klirensi 50 ml/dəq -dən az), qlükoza -6- fosfatdehidrogenaza defisiti, hemodializin aparılması, hamiləlik, laktasiya dövrü, uşaqlar və 18 yaşa qədər yeniyetmələr.

Buraxılış forması: Libraksin 250 mq N 10 kapsul, Libraksin İV 100 ml 500 mq N 1 flakon