PAN-AMOKSİSİLLİN (İnyeksiya üçün toz) - PAN-AMOXICILLINE
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ТƏRKİBİ:
Hər flakonda amoksisillin natrium 500 mq və ya 1 q vardır.
FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:
Yarimsintetik penisillinlər qrupundan olan geniş təsir spektrli bakterisid antibiotikdir. “Qram-“ və “qram+” kokklara, bağırsaq çöplərinə, və bir sıra digər törədicilərə qarşı təsir göstərir. Parenteral istifadə edildikdə tez sorulur, toxumalara yayılır və mayelərdə paylanır; ə/d yeridildikdə qanda C max 1 saata çatır və terapevtik səviyyəsini 6–8 saata qədər saxlayır. Qanda zülallarla birləşməsi 20 % yaxındır. Histohematik baryerləri tez keçir, dəyişilməmiş HEB keçir. Terapevtik konsentrasiyalarda peritoneal mayedə, sidikdə, dəri suluqlarında, plevra mayesində, ağ ciyər toxumasında, bağırsağın selikli qişasında, kiçik canaq orqanlarında , orta qulaq mayesində, öddə, döl toxumasında (plasentar baryeri keçdiyi üçün) toplanır. Öddə konsentrasiyası plazma konsentrasiyasından 2-4 dəfə artıqdır. T1/2 1–1,5 saatdır. Böyrəklərin funksiyası pozulduqa T1/2 4–12,6 saatadək uzana bilər. Metabolizmə qismən uğrayaraq qeyri aktiv metabolitlər əmələ gətirir. 50–70% dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə, 20% - qaraciyər vasitəsilə orqanizmdən xaric olur.
GÖSTƏRİŞLƏR:
Amoksisillinə həssas törədicilərin əmələ gətirdiyi bakrerial infeksiyalar:
- tənəffüs yolları infeksiyaları
- LOR-orqanların infeksiyaları
- sidik-cinsiyyət sistemi orqanların infeksiyaları
- dəri və yumşaq toxumarın infeksiyaları
- abdominal infeksiyalar
- qonoreya
- H. pylori-nin eradikasiyası
- endokarditin profilaktikası
- cərrahi infeksiyaların profilaktikası
- leptospiroz
- listerioz
- meningit
- sepsis.
ƏKS GÖSTƏRİŞLƏR:
Penisillinlərə qarşı həssaslıq, allopurinol ilə müalicə, yolxücü mononukleoz.
Ehtiyatla : hamilələrdə və allergiyaya meylli insanlarda.
İSTİFADƏ QAYDASI:
1 q tozu 20 ml natrium xloriddə həll edərək
- venadaxili, 5ml inyeksiya üçün suda həll edərək
- ə/d istifadə etmək olar. Hazır məhlul dərhal istifadə olunmalıdır (stabillik müddəti 6 saatdır).
Böyüklərdə: v/d gündə 1 – 2q;
ə/d –1 q gündə 2 dəfə təyin olunur.
Uşaqlar və körpələrdə: venadaxili - 100 - 200 mq/kq/gündə;
ə/d - 500 mq gündə 2 dəfə, lakin hər inyeksiyada doza 50 mq/kq aşmamalıdır.
BURAXILIŞ FORMASI:
İnyeksiya üçün toz 1 q №1 flakonda
İnyeksiya üçün toz 500 mq №1 flakonda
İSTEHSALÇI: Panpharma (FRANSA)
MARKETİNQ DƏSTƏYİ: NORMA PAN