PAN-PENİ G SODİUM - PENİSİLLİN (İnyeksiya üçün toz) - PAN-PENI G SODIUM
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ТƏRKİB:
Hər flakonda benzilpenisillin natrium 1000000 BV vardır.
FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:
Penisillinlər— kliniki praktikada geniş istifadə edilən β-laktam həlqəsi olan antimikrob preparatlardır. Penisillinlər kif göbələklərinə aid olan Penicillium hrysogenum, Penicillium notanum və digərlərindən alınır. Farmakoloji cəhətdən penisillinlərdən ən aktivi - benzilpenisillindir. Benzilpenisillin penisillinlər qrupunun İlk nümayəndəsi olub, 1940-cı ildən istifadə edilir.Geniş təsir spektrinə malikdir. Qram “+” və qram “-” mikroorqanizmlərə bakterisid təsir göstərir. Ə/d yeridildikdə qanda Cmax - 30-60 dəqiqəyə çatır. Qanda zülallarla birləşməsi 60 % yaxındır. Orqan və toxumalara keçir (likvor, göz və prostat toxuması istisna olmaqla). Dəyişilməmiş halda böyrəklər vasitəsilə xaric olur.
GÖSTƏRİŞLƏR:
- Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları
- LOR- orqanlarının infeksiyaları
- Qarın boşluğu üzvlərinin infeksiyaları
- Sümük və oynaqların infeksiyaları
- Dəri və yumşaq toxumaların infeksiyaları
- Sidik çıxarıcı yolların infeksiyaları (pielonefrit)
- Perikardit, bakterial endokardit, mediastinit
- Meningit, beyin absesi, sepsis
ƏKS GÖSTƏRİŞLƏR:
Penisillinlərə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI
- Doza və istifadə müddəti xəstəliyin klinikasından asılıdır.
- Adətən hər kiloqram çəkiyə sutkada 30.000 BV üç dəfəlik istifadəyə bölünmək şərtilə təyin olunur.
- Yaş (çəki) Doza Yarımçıq və yenidoğulmuşlarda (çəki 3,5 kq)
- Orta doza (ə/d, v/d): 30.000 - 100.000 BV/kq/sutkada.
- Yüksək doza (V/D): 200.000 - 500.000 BV/kq/sutkada.
- 1 yaşadək uşaqlarda (çəki 10 kq-dək)
- Orta doza (ə/d, v/d): 30.000 - 100.000 BV/kq/sutkada.
- Yüksək doza (V/D): 500.000 – 1.000.000 BV/kq/sutkada.
- 1 -12 yaşlı uşaqlarda (çəki 10 - 38 kq)
- Orta doza (ə/d, v/d): 30.000 BV/kq/sutkada.
- Yüksək doza (V/D): 100.000 - 500.000 BV/kq/sutkada.
- Böyüklərdə (çəki 40 kq-dan artıq) Orta doza (ə/d, v/d): 1.000.000 – 5.000.000 BV/kq/sutkada. Yüksək doza (V/D): 10.000.000 – 40.000.000 BV/kq/sutkada.
İneksiya üçün məhlulun hazırlanması: Ə/d istifadə üçün.Lazım olan dozada toz 5ml artıq olmamaq şərtilə inyeksiya üçün suda həll edilir və əzələdaxili istifadə olunur. V/d istifadə üçün.10.000.000 və ya 20.000.000 BV preparat 100 və ya 200 ml həledicidə həll edilir. İnfuziya 15 - 30 dəqiqəyə aparılır. Məhlula digər preparatların əlavə olunması məsləhət görülmür.
BURAXILIŞ FORMASI: İnyeksiya üçün toz 1000000BV №1 flakonda
İSTEHSALÇI: Panpharma (Fransa)
MARKETİNQ DƏSTƏYİ: NORMA PAN