ALTAPIN (şərbət)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: 

  • Hər 30 ml siropun tərkibinə daxildir:
  • Gülxətminin sulu ekstraktı (Liquid ext. Althaea offisinalis) - 1250 mq
  • Kəklikotunun sulu ekstraktı (Liquid ext. Thimus vulgaris) - 840 mq
  • Propolis 70 %-li - 210 mq
  • Vitamin C - 12 mq
  • Vitamin A - 240 mkq
  • Bal - 38,1 q

 

Farmakoloji qrupu: Kombinə olunmuş təbii reflektor təsirli bəlğəmgətirici preparat.

Farmakoloji xüsusiyyətləri:
Altapin reflektor təsirli bəlğəmgətirici preparatlar qrupuna aiddir. Təsir mexanizmi: gülxətmi və kəklikotu bitkilərinin tərkibindəki alkoloid və saponinlər daxilə qəbul zamanı mədə reseptorlarını qıcıqlandırır və reflektor olaraq bronxial vəzlərin ifrazatı artır, nəticədə bəlğəmin özlülüyü azalır və xaric olması asanlaşır. Bundan əlavə bronxların peristaltik yığılmasını stimulə edir və selikli qişada kirpikli epitelin aktivliyini artırır – bronxların mukosiliar klirensini bərpa edir.

Gülxətmi – tərkibi selik (35 %) və pektinlə zəngin olduğundan iltihab əleyhinə,  bəlğəm yumşaldıcı və gətirici, bürüyücü, bronxların spazmını aradan qaldırıcı xüsusiyyətlərə malikdir. Gülxətmi həmçinin əzabverici öskürəyi sakitləşdirici xüsusiyyətə malikdir.

Kəklikotu -  tərkibi 30 % timol adlı efir yağından ibarət olub, bronxial vəzlərin sekresiyasını gücləndirir, bəlğəmgətirici, tərlədici və antiseptik təsirlərinə görə ağciyər və tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə olunur.

Propolis - mumabənzər maddə olub, müxtəlif bitki qatranları tərkibində olan, təbii arı məhsuludur. Ağız boşluğunun selikli qişasına qoruyucu və iltihab əleyhinə təsir göstərir. Çox güclü bərpa edici təsirə malikdir. Bakterisid və bakteriostatik təsirlə yanaşı virusların (qripp, herpes və s.) inkişafının qarşısını alır. Faqositozu artırmaqla immunostimulyator təsir göstərir, qanda qamma-qlobulinlərin sintezini sürətləndirir.

С və A vitaminləri – antioksidant olub, orqanizmin infeksiyalara qarşı müqavimətini gücləndirir. Bal – həlledici olmaqla yanaşı, immunostimulyator təsirə malikdir, boğazın selikli qişasını sanasiya edir.

 

Göstərişlər:

  • Yuxarı tənəffüs yollarının KRVİ-nın ağırlaşmaları
  • Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri: traxeobronxit, müxtəlif etiologiyalı bronxitlər (ağırlaşmış bronxektaziya), kəskin və xroniki pnevmoniya
  • Xroniki spastik bronxit
  • Ağciyər vərəminin kompleks müalicəsi
  • Mukovissidoz (ağciyər forması)
  • Əməliyyatdan sonra bronxlarda qalın yapışqan bəlğəmin toplanmasının profilaktikası

 

Əks-göstərişlər: Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması

Dozalanma və istifadə qaydası:
12 aydan yuxarı uşaqlar 1 ölçü qaşığı gündə 3 dəfə. Böyüklər 1-2 ölçü qaşığı gündə 3 dəfə. Preparat yeməkdən sonra qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Saxlanma şəraiti: Preparat otaq temperaturunda, quru və qaranlıq mühitdə, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Qablaşdırma: 200 ml şüşə flakonda, ölçü qaşığı və istifadə təlimatı ilə birgə karton qutuda

 

İstehsalçı:
«Medex» d.d., Linhartova cesta 049 A, Ljubljana, Slovenija

Distributor:
«JENZEN PHARMA», Binderstrasse, 9, D – 20148 Hamburg, Germany