STİMOL (fışıldayan toz)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Peroral gəbul uçun məhlul hazırlamag uçun fışıldayan toz. Çiyələk aromatı ilə ağ rəngdə toz.

 

Tərkibi:

Təsiredici maddə: 1 paketdə 1q sitrullin-maleat vardır.

Köməkci maddələr: çiyələk aromatı, povidon,natrium bicarbonat, maltodekstrin,natryum saxarin.

 

Farmakoterapevtik qrupu: Metabolitik proseslərə və həzm sisteminə təsir edən vasitələr, amin turşuları və onların törəmələri, sitrullin.

ATC kodu: А16А А07.

 

İstifadəsinə göstərişlər:

  • Funksional asteniyanın simptomatik müalicəsi:
  • Fiziki asteniya;
  • Psixiki asteniya;
  • Infeksion xəstəliklərdən sonrakı asteniya;
  • Cərrahi əməliyyatdan sonrakı asteniya;
  • Yaşlıların asteniyası;
  • Endokrin mənşəli asteniya(şəkərli diabet zamanı);
  • Idmançıların asteniyası(intensiv məşglərdən sonra əzələ ağrılarını götürür);
  • Hipotonik tipli vegetativ damar distoniyası;
  • Alkoqolizm zamanı abstinent sindrom;
  • Seksual asteniya.

Ümumi halsızlıq, emosional qeyri-sabitlik, xroniki yorğunluq, iş qabiliyyətinin zəifləməsi, yuxululuq. Fiziki gərginlikdən sonra laktatın yığılması nəticəsində yaranan əzələ ağrılarında və qıcolmalarda istifadəsi məsləhət görülür. Preparat astenovegetativ sindromun yaranmasına səbəb olan xəstəliklərin bərpa dövrü üçün məsləhət görülür.

 

Əks göstərişlər:

Preparata yüksək həssaslıq. Mədənin yaxud 12-barmaq bağırsağın xora xəstəliyi.Hamiləlik və laktasiya dövrü. 6 yaşına gədər uşaqlar.

 

Ehtiyat tədbirləri:

Stimolun hər paketində təqribən 30mq (1,3mmol) natrium-hidroksid vardır.(məhlulun pH –nı 3,3-ə qədər çatdırmaq üçün). Bunu duzsuz pəhrizdə olan xəstələrə təyin edərkən nəzərə almaq lazımdır. Hamiləlik və əmizdirmə dövründə təyin etmək məsləhət görülmür.

 

İstifadə gaydası və dozası:

Böyüklərə: 1 paketdən gündə 3 dəfə.

6 yaşdan yuxarı uşaqlara: 1 paketdən gündə 2 dəfə.

Yemək zamanı gəbul etməli. İstifadə etməzdən əvvəl paketin içərisindəkini 100 ml su və yaxud şirinləşdirilmiş içki ilə garışdırmalı. Tövsiyə edilən müalicə kursu – 4 həftə.

 

Əlavə təsirləri:

Nadir hallarda epiqastral nahiyədə diskomfort müşahidə oluna bilər.

Hər hansı xoşagəlməz reaksiyaların yaranması zamanı həkimə müraciət etmək lazımdır.

 

Buraxılış forması: 18 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: Otaq temperaturunda (15oC -25oC), uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: BİOKODEKS. 7 Galieni küç.94250 Jentilli, FRANSA.